Müdafiə Sənayesi Nazirliyi ilə Almaniya şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb

Müdafiə Sənayesi Nazirliyi ilə Almaniya şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb Paris. 11 iyun. REPORT.AZ/ Azərbaycan hərbi sənaye sahəsində Almaniya ilə əməkdaşlıq edəcək.
Hərbi
11 İyun , 2018 16:53
Müdafiə Sənayesi Nazirliyi ilə Almaniya şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb
Report
0 : 00
0 : 00

Paris. 11 iyun. REPORT.AZ/ Azərbaycan hərbi sənaye sahəsində Almaniya ilə əməkdaşlıq edəcək. 

“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Almaniyanın “Rheinmetall Defence“ şirkəti arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

Fransanın paytaxtı Paris şəhərində keçirilən Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisi - "Eurosatory-2018” sərgisi çərçivəsində müdafiə sənayesi naziri Yavər Camalovla şirkət rəhbərliyi arasında görüş keçirilib. Müzakirələrdən sonra Y.Camalov və “Rheinmetall Defence“ şirkətinin rəhbərliyi əməkdaşlıq sənədi imzalayıb. 

Qeyd edək ki, Avropanın ən qabaqcıl şirkətlərindən olan “Rheinmetall Defence” xüsusilə müdafiə məqsədli mobil sursatların və texnologiyaların istehsalı ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi