Azərbaycan Ordusu təxribata cəhd göstərən qanunsuz erməni silahlılarını geri oturdub - RƏSMİ

Azərbaycan Ordusu təxribata cəhd göstərən qanunsuz erməni silahlılarını geri oturdub - RƏSMİ Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.
Hərbi
4312
26 Mart , 2022 11:49
Azərbaycan Ordusu təxribata cəhd göstərən qanunsuz erməni silahlılarını geri oturdub - RƏSMİ

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi