Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərbi hissədə tədbir keçirib

Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərbi hissədə tədbir keçirib Bakı. 31 avqust. REPORT.AZ/ Müdafiə Nazirliyi ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planının icrası ilə əlaqədar hərbi hissələrdən birində görüş keçirilib.
Hərbi
31 Avqust , 2018 16:43
Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərbi hissədə tədbir keçirib
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Müdafiə Nazirliyi ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planının icrası ilə əlaqədar hərbi hissələrdən birində görüş keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik-leytenant Emin Səfərov və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi dəyərlərin təbliği fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev iştirak edərək şəxsi heyət qarşısında çıxış ediblər.

Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən tədbirlər, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolu, “Azərbaycanda ənənəvi islam və xarici təsirlər”, “Dini radikalizm və islam dünyası” mövzularında çıxış edən C.Əliyev sonda hərbi qulluqçuların çoxsaylı suallarını cavablandırıb. 

Orphus sistemi