MN: "Azərbaycan hərbçilərinin mühasirəyə düşməsi barədə məlumat yalandır"

MN: "Azərbaycan hərbçilərinin mühasirəyə düşməsi barədə məlumat yalandır" Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.
Hərbi
16 Sentyabr , 2022 16:06
MN: Azərbaycan hərbçilərinin mühasirəyə düşməsi barədə məlumat yalandır

"Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycan Silahlı Qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır".

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi