Müdafiə Nazirliyi: "Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır"

Müdafiə Nazirliyi: "Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır" "Son dövrdə erməni təxribatları bu gün daha da intensivləşib".
Hərbi
1414
16 Noyabr , 2021 15:55
Müdafiə Nazirliyi: Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır
0 : 00
0 : 00

"Son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib".

"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb: "Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".

O qeyd edib ki, xeyli sayda silah-sursat hərbi qənimət kimi ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır".

Son xəbərlər

Orphus sistemi