Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən növbəti iclasının iştirakçıları oktyabrın 30-da Şəhidlər xiyabanını ziyarət ediblər.
"Report"un məlumatına görə, iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Azərbaycanın Dövlət himni səsləndirilib.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən iclas iştirakçılarına Şəhidlər xiyabanının tarixi və Bakıda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Qeyd edək ki, iclasda Azərbaycanın Müdafiə naziri general-polkovnik
Foto: Firi Səlim