Azərbaycan komandoları təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasını zərərsizləşdirib

Azərbaycan komandoları təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasını zərərsizləşdirib Cari ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir.
Hərbi
15 Yanvar , 2024 12:26
Azərbaycan komandoları təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasını zərərsizləşdirib

Cari ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən, təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra edilib.

Ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ keçirilib.

Sərt iqlim şəraitində keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar yüksək peşəkarlıq və dəqiqlik nümayiş etdiriblər.

Son xəbərlər

Orphus sistemi