Komandan: "Hərbi Hava Qüvvələri düşmən təxribatının qarşısının alınması üçün hər an hazır vəziyyətdədir"

Komandan: "Hərbi Hava Qüvvələri düşmən təxribatının qarşısının alınması üçün hər an hazır vəziyyətdədir" "Ümumiyyətlə, ordunun döyüş imkanları daim yüksək olmalıdır və bütün qoşun növlərinin döyüş hazırlığı yüksək səviyyədə olmalıdır".
Hərbi
738
22 Oktyabr , 2021 11:04
Komandan: Hərbi Hava Qüvvələri düşmən təxribatının qarşısının alınması üçün hər an hazır vəziyyətdədir
Ramiz Tahirov

"Ümumiyyətlə, ordunun döyüş imkanları daim yüksək olmalıdır. Bütün qoşun növlərində döyüş hazırlığının yüksək səviyyədə olması vacibdir".

Bunu "Report"un sualını cavablandırarkən müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov deyib.

Hərbi Hava Qüvvələrinin hazırkı döyüş imkanlarından danışan komandan bildirib: "Hərbi Hava Qüvvələri gündəlik döyüş növbətçiliyi aparır və ölkəmizin hava məkanını qoruyur. Qüvvələrimiz hər hansı düşmən tərəfindən təxribatın və fəaliyyətin qarşısının alınması üçün hər an hazır vəziyyətdədir. Bu, həm təyyarələrimizə, həm də Hava Hücumundan Müdafiə Qoşunlarımıza aiddir".

Nazir müavini qeyd edib ki, döyüş hazırlığı planına əsasən, HHQ-də hər gün tədbirlər keçirilir.

R.Tahirov döyüş hazırlıqlarının davam etdirildiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi