Kəlbəcərdə minaya düşərək şəhid olan Zöhrab Hümbətov dəfn olunub - YENİLƏNİB-2

Kəlbəcərdə minaya düşərək şəhid olan Zöhrab Hümbətov dəfn olunub - YENİLƏNİB-2 Kəlbəcər rayonunun Çıraq kənd ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətovun nəşi ailəsinə təhvil verilib.
Hərbi
15 dekabr 2022 11:06
Kəlbəcərdə minaya düşərək şəhid olan Zöhrab Hümbətov dəfn olunub - YENİLƏNİB-2

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətov dəfn olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhidin cənazəsi Aşağı Quşçu kənd qəbiristanlığında bu dəqiqələrdə torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.

13.49

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətovla vida mərasimi başa çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayonunun Aşağı Quşçu kəndində, şəhidin ailəsinin yaşadığı evin qarşısında keçirilən mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.

Z.Hümbətovun üçrəngli Azərbaycan bayrağına bükülən tabutu böyük qurur və ehtiramla dəfn edilmək üçün Aşağı Quşçu kənd qəbiristanlığına aparılır.

13.02

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətovun nəşi ailəsinə təhvil verilib.

"Report"un Qərb bürosunun məlumatına görə, mərhumun cənazəsi ailəsinin yaşadığı Tovuz rayon Aşağı Quşçu kəndinə gətirilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub. Onun 3 övladı yadigar qalıb.

Orphus sistemi