MN: "Azad edilmiş ərazilərdə hərbçilərimiz ehtimal olunan istənilən təxribatların qarşısını almağa hər an hazırdırlar"

MN: "Azad edilmiş ərazilərdə hərbçilərimiz ehtimal olunan istənilən təxribatların qarşısını almağa hər an hazırdırlar" Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir. Çətin relyefli və yüks
Hərbi
13 İyun , 2023 10:01
MN: Azad edilmiş ərazilərdə hərbçilərimiz ehtimal olunan istənilən təxribatların qarşısını almağa hər an hazırdırlar

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, çətin relyefli və yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır.

"Şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırolma və mənəvi-psixoloji vəziyyətin daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Azad edilmiş ərazilərdə xidmət aparan hərbi qulluqçularımız ehtimal olunan istənilən təxribatların qarşısını almağa hər an hazırdırlar", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi