Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən “N” hərbi hissəsində İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr olunan tədbir keçirilib.
Çıxış edənlər iki dəfə Sovet İttifaqı Qəhrəmanının şərəfli döyüş yolundan danışaraq H.Aslanovun Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib, qəhrəmanın hərbi xidmətlərindən söhbət açıb və görkəmli sərkərdənin ömür yolunun hər bir gənc üçün dəyərli nümunə olduğunu bildiriblər.
Mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd etməsi və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalaması bir daha xatırlanıb. Bu ənənənin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin musiqi proqramı ilə sona çatıb.