Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanda hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün verilən pul kompensasiyasının artırılması təklif edilir. "Report"un xəbərinə görə, Ombudsmanın 2014-cü il üçün illik məruzəsində qeyd olunub ki, hərbi qulluqçulara, hərbi təhsil müəssisələrinin ailəli kursantlarına, eləcə də yaşa, xəstəliyə, ştatların ixtisarına (azı 5 təqvim ili xidmət etmiş), ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (15 təqvim ili və daha çox xidmət etmiş) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləği real qiymətlərə uyğun artırılmalıdır.
Qeyd edək ki, Ombudsmanın 2014-cü il üçün illik məruzəsi martın 6-da parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.