Gürcüstanın müdafiə naziri: “Azərbaycanla hərbi əməkdaşlığın intensivliyini saxlamaq vacibdir”

Gürcüstanın müdafiə naziri: “Azərbaycanla hərbi əməkdaşlığın intensivliyini saxlamaq vacibdir” “Azərbaycanla ikitərəfli hərbi əməkdaşlığın intensivliyini saxlamaq vacibdir, belə ki, bu, hərbçilər arasında müsbət əlaqələr qurmağa və qarşılıqlı uyğunluğu yüksəltməyə imkan verir”.
Hərbi
124
5 Oktyabr , 2021 12:40
Gürcüstanın müdafiə naziri: “Azərbaycanla hərbi əməkdaşlığın intensivliyini saxlamaq vacibdir”
Cuanşer Burçuladze və Zakir Həsənov

“Azərbaycanla ikitərəfli hərbi əməkdaşlığın intensivliyini saxlamaq vacibdir, belə ki, bu, hərbçilər arasında müsbət əlaqələr qurmağa və qarşılıqlı uyğunluğu yüksəltməyə imkan verir”.

“Report”un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşdə deyib.

Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına əsasən, görüşdə əsas diqqət regionda sülh və sabitlik, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərinə yönəldilib. Müzakirələr zamanı həmçinin azərbaycanlı hərbçilərin Gürcüstanda çoxmillətli birgə hərbi təlimlərdə iştirakı və bu istiqamətdə gələcək əməkdaşlıq planları nəzərdən keçirilib. Saçxere dağ hazırlığı təlim mərkəzində Azərbaycan hərbçilərinin iştirakı da vurğulanıb.

Görüşün sonunda nazirlər müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planını imzalayıblar.

Son xəbərlər

Orphus sistemi