Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib - YENİLƏNİB

Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib - YENİLƏNİB Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun digər hissə və bölmələrində olduğu kimi, Gəncə şəhərində yerləşən N Saylı Hərbi Hissədə də gənc əsgərlərin andiçmə mərasimi keçirilir.
Hərbi
8 Avqust , 2021 09:15
Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib - YENİLƏNİB

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun digər hissə və bölmələrində olduğu kimi, Gəncə şəhərində yerləşən N Saylı Hərbi Hissədə də gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhərində yerləşən N Saylı Hərbi Hissədə keçirilən mərasim Vətən uğrunda canlarından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə Hərbi Hissə komandiri və Müdafiə Nazirliyinin digər zabit nümayəndələri çıxış edib, gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

Sonra gənc əsgərlər təntənəli surətdə silaha əl basaraq Vətənə sədaqət andı qəbul ediblər.

Yekunda isə şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Qeyd edək ki, xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınmaqla andiçmə mərasimində ilk dəfə olaraq gənc əsgərlər üçün yaxınları ilə (onlayn formatda) videogörüntülü əlaqə qurmaları üçün şərait yaradılıb.

08:05

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun digər hissə və bölmələrində olduğu kimi, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə də gənc əsgərlərin andiçmə mərasimi keçirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra gənc əsgərlər təntənəli surətdə Vətənə sədaqət andı qəbul edəcəklər.

Yekunda isə şəxsi heyət təntənəli marşla tribuna önündən keçəcək.

Qeyd edək ki, xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq andiçmə mərasimində ilk dəfə olaraq gənc əsgərlər üçün yaxınları ilə (onlayn formatda) videogörüntülü əlaqə qurmaları üçün şərait də yaradılıb.

Son xəbərlər

Orphus sistemi