Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib Taktiki-xüsusi təlimdə qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olunub
Hərbi
177
15 Fevral , 2021 20:44
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, təlimə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri cəlb edilib.

Uçuşlar zamanı hücum təyyarələri, atəş-dəstək və nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib.

Hava hücumundan müdafiə birləşmə və hissələri şərti hava düşmənini təqlid edən Ordu aviasiyasının uçuşlarının aşkarlanması, izlənməsi və məhv edilməsi tapşırıqlarını məşq ediblər. Taktiki-xüsusi təlimdə qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olunub.

Son xəbərlər

Orphus sistemi