Ekspert: "Birləşdik-2024" təlimi Orta Dəhlizin əhəmiyyətini nümayiş etdirir

Ekspert: "Birləşdik-2024" təlimi Orta Dəhlizin əhəmiyyətini nümayiş etdirir Müdafiə sektorunda qarşılıqlı fəaliyyət daha geniş iqtisadi əməkdaşlığa qapı aça bilər.
Hərbi
18 İyul , 2024 13:08
Ekspert: Birləşdik-2024 təlimi Orta Dəhlizin əhəmiyyətini nümayiş etdirir

Müdafiə sektorunda qarşılıqlı fəaliyyət daha geniş iqtisadi əməkdaşlığa qapı aça bilər.

Bu barədə “Report”a açıqlamasında İbn Həldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmaları Mərkəzinin elmi işçisi Eldəniz Hüseynov məlumat verib.

Ekspertin sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra türk dövlətləri arasında əməkdaşlıqla bağlı hərbi sahədə müzakirələr xeyli artıb.

O vurğulayıb ki, Azərbaycanın təlimlərdə iştirakı Qazaxıstanla münasibətlərinin yaxınlaşmasına töhfə verir: “Azərbaycanın təlimdə iştirakı ölkənin Qazaxıstan və digər Mərkəzi Asiya dövlətləri ilə fəal qarşılıqlı fəaliyyətə hazır olduğunu nümayiş etdirir. Bu, regionda sabitlik və təhlükəsizlik üçün vacib olan ölkələr arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir”.

E.Hüseynov onu da qeyd edib ki, təlimlərin Orta Dəhlizin artan əhəmiyyəti fonunda keçirilməsi marşrutun strateji əhəmiyyətini vurğulayır: “Bu isə o deməkdir ki, təlimlər geosiyasi kontekstdə daha da vacibdir. Təlim qabaqcıl hərbi texnologiya və metodikanın mübadiləsi üçün platforma təqdim edir. Bu, hərbi sənaye kompleksinin inkişafı və silahlı qüvvələrə yeni texnologiyaların tətbiqi kontekstində xüsusilə vacibdir. Qazaxıstan hərbi sənaye kompleksinin yaradılması sahəsində Azərbaycanın təcrübəsini fəal şəkildə öyrənir və bu sahədə qarşılıqlı fəaliyyətə çalışır”.

Ekspert bildirib ki, müdafiə sektorunda əməkdaşlıq daha geniş iqtisadi əməkdaşlığa qapı aça bilər. Müdafiə texnologiyalarının istehsal proseslərinə daxil edilməsi sənayenin modernləşdirilməsinə və hər iki ölkənin iqtisadi potensialının artmasına töhfə verə bilər: “Müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyin birgə səylərlə təmin edilməsi regionun ümumi sabitliyinə töhfə verir ki, bu da iqtisadi fəaliyyətə faydalı təsir göstərir. Sabitlik investisiyaları cəlb edir və ticarəti təşviq edir. Bu isə həm Azərbaycan, həm də Qazaxıstan üçün faydalıdır”.

Qeyd edək ki, "Birləşdik - 2024" beynəlxalq təlimində ölkəmiz Quru Qoşularının, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları, gəmi və aviasiya vasitələri ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi