DSX-nin hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub
Hərbi
- 04 noyabr, 2021
- 18:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Noyabr ayının 4-də saat 17:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun Birgə Məlumatında deyilir.
Məlumata görə, hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.
Son xəbərlər
21:53
Nigerdə yaraqlıların hücumu nəticəsində 13 hərbçi ölüb
Digər ölkələr
21:46
Foto
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Digər ölkələr
21:44
Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib
Digər ölkələr
21:43
Rəşad Sadıqov: "Neftçi" ilə oyunda üstün olan tərəf biz idik"
Futbol
21:34
Bundestaq Almaniyanın 2027-ci il üçün rekord büdcəsini təsdiqləyib
Digər ölkələr
21:29
Foto
"Tələbə Tədqiqatları və İnnovasiyalar" üzrə I Mingəçevir Forumu keçirilib
Elm və təhsil
21:18
GTA 6-nın satışından ilk həftədə 4,7 milyard dollar gəlir əldə olunub
Digər ölkələr
20:53
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib
Futbol
20:52
Foto
Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir
Xarici siyasət