“Dəniz kuboku” müsabiqəsinə yekun vurulub
Hərbi
- 03 sentyabr, 2020
- 08:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsinə yekun vurulub.
Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, iştirakçı ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Hava hədəfinə artilleriya atışı”, “Xilasetmə vasitələrinin istifadəsi”, “Gəminin lövbərə və çəlləyə durması” çalışmalarını icra ediblər.
Beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb. Keçirilən ümumi mərhələlərin yekun nəticələrinə əsasən Azərbaycan və Rusiya hərbi dənizçiləri bərabər bal toplayaraq müsabiqənin qalibi olublar.
“Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi və qalib komandaların mükafatlandırma mərasimi sentyabrın 4-də keçiriləcək.
Son xəbərlər
08:55
Tramp Konqresə aralıq seçkilərin nəticələrini qəbul etdiyini bildirib
Digər ölkələr
08:32
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:29
SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
Region
08:21
Belqrad-Moskva reysi yoxlanılmamış yük səbəbindən təxirə salınıb – Yenilənib
Digər ölkələr
08:14
Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
İnfrastruktur
07:56
NYT: Demokratların ABŞ Senatına nəzarət etmə ehtimalı 95 %-dir – Yenilənir-2
Digər ölkələr
07:41
"Yonhap": KXDR Yapon dənizinə naməlum mərmi atıb
Digər ölkələr
07:19
Haiti Salvadorla birlikdə silahlı dəstələrə qarşı genişmiqyaslı əməliyyata başlayıb
Digər ölkələr
06:53
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
Digər ölkələr