“Dəniz kuboku - 2018” müsabiqəsində növbəti epizod yerinə yetirilib - VİDEO

“Dəniz kuboku - 2018” müsabiqəsində növbəti epizod yerinə yetirilib - VİDEO Bakı. 7 avqust. REPORT.AZ/ “Dəniz kuboku - 2018” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələdə “Xilasetmə vasitələrinin istifadəsi” tapşırıqları yerinə yetiriblər.
Hərbi
7 Avqust , 2018 12:41
“Dəniz kuboku - 2018” müsabiqəsində növbəti epizod yerinə yetirilib - VİDEO

Bakı. 7 avqust. REPORT.AZ/ “Dəniz kuboku - 2018” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələdə “Xilasetmə vasitələrinin istifadəsi” tapşırıqları yerinə yetiriblər.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələdə Rusiya komandası birinci, Azərbaycan HDQ-nin komandası ikinci, İran komandası üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb.

Yarışların ümumi nəticəsinə görə hazırda Azərbaycan HDQ-nin komandası 2-ci yerdə qərarlaşıb.

“Dəniz kuboku - 2018” müsabiqəsinin növbəti mərhələsində “Üzən minaya artilleriya atışı” epizodu icra ediləcək. 

Son xəbərlər

Orphus sistemi