Baş marşal: "Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır"

Baş marşal: "Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır" Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır.
Hərbi
26 Noyabr , 2019 17:32
Baş marşal: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır

"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır".

"Report" xəbər verir ki, bunu noyabrın 26-da Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşdə NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiç bildirib. 

Aviasiya Baş Marşalı Azərbaycanın terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlıq səviyyəsini xüsusi vurğulayıb.

Aviasiya Baş Marşalı ser S.Piiç NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi