Zakir Həsənov Serbiyalı həmkarını Azərbaycanda keçiriləcək beynəlxalq müdafiə sərgisinə dəvət edib

Zakir Həsənov Serbiyalı həmkarını Azərbaycanda keçiriləcək beynəlxalq müdafiə sərgisinə dəvət edib İyunun 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Serbiya Respublikasının müdafiə naziri cənab Bratislav Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. Serbiyalı nümayəndələr əvvəl
Hərbi
14 İyun , 2024 17:13
Zakir Həsənov Serbiyalı həmkarını Azərbaycanda keçiriləcək beynəlxalq müdafiə sərgisinə dəvət edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Serbiyanın müdafiə naziri Bratislav Qaşiçini "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra müdafiə naziri regiondakı vəziyyətə toxunaraq qeyd edib ki, Vətən müharibəsi və antiterror əməliyyatından sonra Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazisindən tamamilə çıxarılıb.

General-polkovnik Z.Həsənov B.Qaşiçi 2024-cü ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib. B.Qaşiç isə öz növbəsində Azərbaycanda rəsmi səfərindən məmnunluq ifadə edib. Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Serbiyanın müdafiə naziri Vətən müharibəsində əldə edilmiş Qələbə münasibətilə azərbaycanlı həmkarını təbrik edib. Azərbaycan ilə Serbiya arasında bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını xüsusi vurğulayıb.

Görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi