​Azərbaycanla Türkiyənin birgə hərbi təlimi başlayıb - FOTO

​Azərbaycanla Türkiyənin birgə hərbi təlimi başlayıb - FOTO Təlimlər aprelin 13-dək davam edəcək
Hərbi
3 Mart , 2015 16:52
​Azərbaycanla Türkiyənin birgə hərbi təlimi başlayıb - FOTO

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, “TurAz Şahini 2015” təlimləri başlayıb. “Report”un xəbərinə görə, məlumatı Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı yayıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazaya gəlib.

Eyni zamanda, “İŞIK-2015” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb.

Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqlarını yerinə yetirəcəklər.

Təlimlər aprelin 13-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi