Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri üzrə görüş keçirilib

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri üzrə görüş keçirilib Strateji tərəfdaşlıq əsasında ikitərəfli və NATO proqramları çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Hərbi
24 Mart , 2016 11:20
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri üzrə görüş keçirilib

Bakı. 24 mart. REPORT.AZ/ Martın 23-də Vaşinqton şəhərində ABŞ-ın Müdafiə Departamenti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (MN) arasında NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində götürülmüş məqsədlərin yerinə yetirilməsi, NATO ilə hərbi uzlaşma səviyyəsinin yüksəldilməsi, o cümlədən digər hərbi əməkdaşlıq məsələlərinə dair ikitərəfli görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əsasında ikitərəfli və NATO proqramları çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər və perspektiv planlar müzakirə edilib.

Azərbaycan tərəfdən nümayəndə heyətinə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, ABŞ tərəfdən isə ABŞ Müdafiə katibinin nümayəndəsi Maykl Karpenter rəhbərlik edib.

Əlavə edək ki, görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi