Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Minsk şəhərində Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasla görüşüb.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Tərəflər ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib, sıx qarşılıqlı əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.