​Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayıb

​Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayıb Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəsmi məlumat yayıb
Hərbi
11 May , 2015 16:19
​Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayıb

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayır. "Report" xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı rəsmi məlumatda bildirilir.

Mayın 11-dən etibarən Bakıda və Naxçıvanda eyni vaxtda icra edilən təlimlərdə məqsəd Türkiyə və Azərbaycan Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək, qarşılıqlı məlumat və təcrübə mübadiləsi aparmaq və birgə əməkdaşlığı gücləndirməkdir.

Bakıdakı təlimlərdə bir piyada bölüyü, Naxçıvandakı manevrlərdə isə bir mexaniki piyada tağımı iştirak edir.

Təlimlər mayın 15-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi