Azərbaycanla Türkiyə arasında hərbi sahədə yeni sənəd imzalanıb

Azərbaycanla Türkiyə arasında hərbi sahədə yeni sənəd imzalanıb ​Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb
Hərbi
2987
15 Dekabr , 2015 18:26
Azərbaycanla Türkiyə arasında hərbi sahədə yeni sənəd imzalanıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başa vurub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İki gün ərzində Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında ikitərəfli əməkdaşlığın geniş spektri nəzərdən keçirilib. Qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilib və İclasın nəticələrini əks etdirən yekun protokol imzalanıb.

Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Nazirliyinin, Türkiyə tərəfdən isə Baş Qərargahın və Milli Müdafiə Nazirliyinin geniş tərkibdə nümayəndə heyətləri iştirak edib.

Son xəbərlər

Orphus sistemi