Azərbaycan Tbilisidə kibertəhlükəsizlik mövzusunda keçirilən beynəlxalq seminarda təmsil olunub

Azərbaycan Tbilisidə kibertəhlükəsizlik mövzusunda keçirilən beynəlxalq seminarda təmsil olunub Gürcüstanın paytaxtı Tbilisidə “Şərq tərəfdaşlığı ölkələrində kibertəhlükəsizlik” mövzusunda seminar keçirilir.
Hərbi
10 İyun , 2019 15:46
Azərbaycan Tbilisidə kibertəhlükəsizlik mövzusunda keçirilən beynəlxalq seminarda təmsil olunub

Gürcüstanın paytaxtı Tbilisidə “Şərq tərəfdaşlığı ölkələrində kibertəhlükəsizlik” mövzusunda seminar keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbir Gürcüstanın Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik bürosu, Litva Respublikası və Avropa İttifaqının Xarici əlaqələr xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.

İki gün davam edəcək seminar kibertəhlükələrə qarşı mübarizə, kibertəhlükəsizliyin gücləndirilməsi və bu barədə məlumatlılığın artırılması mövzularına həsr olunub.

Tədbirdə Gürcüstanla yanaşı, Azərbaycan, Ermənistan, Belarus, Moldova, Ukrayna və Litvadan olan nümayəndələr kibertəhlükəsizlik sahəsindəki təcrübələrini bölüşəcək və müzakirələr aparacaqlar.

Kibertəhlükəsizlik mövzusunda seminar Gürcüstanda ilk dəfədir keçirilir. Gürcüstanın müdafiə naziri Levan İzorianın qərarı ilə 2019-cu il ölkənin Müdafiə Qüvvələrində “Kibertəhlükəsizlik ili” elan olunub. 

Son xəbərlər

Orphus sistemi