Azərbaycan tankçıları müsabiqədə hədəfləri sərrastlıqla məhv ediblər

Azərbaycan tankçıları müsabiqədə hədəfləri sərrastlıqla məhv ediblər “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların ilk günündə uğurla çıxış ediblər. Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiyadan olan tank heyət
Hərbi
24 Avqust , 2020 17:31
Azərbaycan tankçıları müsabiqədə hədəfləri sərrastlıqla məhv ediblər

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların ilk günündə uğurla çıxış ediblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə güclərini sınayıblar.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 şərti hədəfi məhv edərək marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.

Son xəbərlər

Orphus sistemi