Azərbaycan sülhməramlısı: "Əfqanıstanda qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik"

Azərbaycan sülhməramlısı: "Əfqanıstanda qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik" "Əfqanıstanda qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik".
Hərbi
27 Avqust , 2021 19:02
Azərbaycan sülhməramlısı: Əfqanıstanda qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik

"Əfqanıstanda qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik".

Bunu "Report"a açıqlamasında Əfqanıstandan Vətənə qayıdan Azərbaycan sülhməramlısı Paşayev Seymur Sulduz oğlu deyib.

"Biz hava limanında mülki şəxslərin təxliyəsini təşkil və təmin edirdik. Hər zaman bizim qarşımızda qoyulan tapşırıqları layiqincə yerinə yetirməyə hazırıq. Biz bayrağımızı daim dalğalandırmaqla və dövlətimizi təmsil etməklə qürur duyuruq. Qürur duyuram ki, Azərbaycan Ordusunda xidmət edirəm. Bizim missiyamız Kabil Beynəlxalq Hava Limanının mühafizəsini təmin etmək idi. Biz Əfqanıstanda türkiyəli qardaşlarımızla çiyin-çiyinə xidmət aparırdıq", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi