​Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi maşın minaya düşüb

​Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi maşın minaya düşüb Bir nəfər ölüb, bir nəfər yaralanıb
Hərbi
1628
8 Dekabr , 2014 17:44
​Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi maşın minaya düşüb

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinə məxsus maşın minaya düşüb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, hərbi maşının minaya düşməsi nəticəsində 1980-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlu həlak olub.

Digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahvələdov Eşqin Alı oğlu isə yaralanıb.

Yaralı əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, o, həkimlərin nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi