Azərbaycan Pakistanda beynəlxalq hərbi yarışmaya qatılıb

Azərbaycan Pakistanda beynəlxalq hərbi yarışmaya qatılıb Pakistanın Milli Terrorla Mübarizə Mərkəzində (NCTC) ölkə Ordusunun beynəlxalq hərbi “Team Spirit” - 2023 yarışmasının açılış mərasimi baş tutub.
Hərbi
7 Mart , 2023 22:02
Azərbaycan Pakistanda beynəlxalq hərbi yarışmaya qatılıb

Pakistanın Milli Terrorla Mübarizə Mərkəzində (NCTC) beynəlxalq hərbi “Team Spirit - 2023" yarışmasının açılış mərasimi baş tutub.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan yarışmada müşahidəçi qismində iştirak edib.

Yarışmada Pakistan ordusundan 7 komanda, habelə 10 beynəlxalq komanda, o cümlədən Bəhreyn, Səudiyyə Ərəbistanı, Mərakeş, Özbəkistan, Tailand, İordaniya, ABŞ, İraq, Qazaxıstan və Qətər komandaları iştirak edir. Yarışda Azərbaycanla yanaşı, Myanma və Nigeriya da müşahidəçi qismində iştirak edirlər.

Gərgin mübarizə martın 7-dən 9-dək davam edəcək. Yarış döyüş komandalarının fiziki dözümlülüyünün, əqli çevikliyinin və taktiki məharətinin qiymətləndirilməsi əsasında keçirilir.

Qeyd edilir ki, yarış ötən illər ərzində populyarlıq qazanıb və beynəlxalq müsabiqəyə çevrilib ki, bu da iştirakçı komandalara, xüsusən də Pakistan Ordusunun terrorla mübarizə təcrübəsindən öyrənmək və bir-biri ilə təcrübə mübadiləsi aparmaq imkanı verir.

Son xəbərlər

Orphus sistemi