Əlahiddə Ümumqoşun Orduda zabit heyətinin təkmilləşdirilməsi kursunun başa çatması münasibətilə keçirilən buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Məzunlar söz veriblər ki, kursda qazandıqları yeni taktiki bilikləri xidmət yerlərində uğurla tətbiq edəcək, Ordumuzun peşəkarlığının daha da artırılması üçün əllərindən gələni əsirgəməyəcəklər.
Sonra Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, peşəkar hərbçilərin yetişdirilməsinə xidmət edən digər kurslar kimi zabit heyətinin təkmilləşdirilməsi kursu da uğurla keçirilir. Kurslar zamanı hərbi qulluqçuların bilik, bacarıq və peşəkarlığı daim artırılır. Təbii ki, bütün bunlar da hərb işinə verilən yüksək qiymətdən xəbər verir.
Sonda kursu uğurla başa vuran məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub və məzunların yuxarı vəzifələrə təyin olunmaları ilə bağlı verilən əmr mərasim iştirakçılarına çatdırılıb. Əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub, məzunlarla xatirə şəkili çəkdirilib.


