Azərbaycan Ordusunun əsgərini ildırım vuraraq öldürüb - YENİLƏNİB

Azərbaycan Ordusunun əsgərini ildırım vuraraq öldürüb - YENİLƏNİB Azərbaycan Ordusunun hərbi qulluqçusu Davud Məmmədli faciəli şəkildə vəfat edib.
Hərbi
24 May , 2023 10:14
Azərbaycan Ordusunun əsgərini ildırım vuraraq öldürüb - YENİLƏNİB

"Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində  (ildırım vurması) vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır. 

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda bildirilib.

09.44

Azərbaycan Ordusunun hərbi qulluqçusu Davud Məmmədlini ildırım vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə mayın 23-də Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi