Azərbaycan ordusunun ən yaxşı snayperləri müəyyənləşib

Azərbaycan ordusunun ən yaxşı snayperləri müəyyənləşib Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb
Hərbi
125
3 Aprel , 2018 12:27
Azərbaycan ordusunun ən yaxşı snayperləri müəyyənləşib
Mod.gov.az

Bakı. 3 aprel. REPORT.AZ/ 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan ordusunun hərbi hissələri üzrə “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədi ilə təşkil olunan yarış Müdafiə Nazirliyinin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib. 

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriliblər. Altı mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “Snayper müdafiədə”, “Snayper hücumda” və digər tapşırıqlar üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdiriblər.

Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb. 

Son xəbərlər

Orphus sistemi