Azərbaycan Ordusunun Baş Qərargah rəisi: "Qoşunların döyüş qabiliyyəti artırılıb"

Azərbaycan Ordusunun Baş Qərargah rəisi: "Qoşunların döyüş qabiliyyəti artırılıb" "Hesabat dövrü ərzində Azərbaycan Ordusunda müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib, qoşunların döyüş qabiliyyəti artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib".
Hərbi
28 Yanvar , 2022 13:50
Azərbaycan Ordusunun Baş Qərargah rəisi: Qoşunların döyüş qabiliyyəti artırılıb
0 : 00
0 : 00

"Hesabat dövrü ərzində Azərbaycan Ordusunda müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib, qoşunların döyüş qabiliyyəti artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib".

"Report"un xəbərinə görə, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev 2021-ci ilin yekunlarına dair nazirliyin kollegiya iclasında deyib.

"Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə quruculuq işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi