​Azərbaycan Müdafiə Nazirliyinin sabiq idarə rəisi dünyasını dəyişib - FOTO

​Azərbaycan Müdafiə Nazirliyinin sabiq idarə rəisi dünyasını dəyişib - FOTO Polkovnikin dəfn mərasimində nazirliyin nümayəndələri və mərhumun yaxınları iştirak edib
Hərbi
9 Sentyabr , 2015 10:28
​Azərbaycan Müdafiə Nazirliyinin sabiq idarə rəisi dünyasını dəyişib - FOTO

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin (MN) İşlər İdarəsinin sabiq rəisi, polkovnik Azad Əsədov dünyasını dəyişib. Bu barədə “Report”a onun yaxınları məlumat verib.

A.Əsədov 59 yaşında vəfat edib.

Polkovnik ikinci Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində MN-in nümayəndələri və mərhumun yaxınları iştirak edib.

Qeyd edək ki, A.Əsədov 1956-cı il yanvarın 2-də Lənkəran rayonunda anadan olub. O, MN-in İşlər İdarəsinin rəisi vəzifəsinə 2013-cü ildə təyin edilmişdi. Polkovnik xəstəliyi ilə əlaqədar bu il öz xahişi ilə vəzifəsindən azad edilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi