Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri Zakir Həsənov Manamada Bəhreyn kralı Həməd bin İsa əl-Xəlifə ilə görüşüb.
"Report" "Gulf Daily News"a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olsuğu vurğulanıb.
Bəhreyn kralı Həməd bin İsa əl-Xəlifə ikitərəfli əməkdaşlıq üçün möhkəm əsasların olduğunu vurğulayıb və Bəhreynin həmin münasibətləri gələcəkdə də inkişaf etdirmək niyyətində olduğunu bildirib.
Görüşdə tərəflər arasında dekabrın 25-də birgə hərbi əməkdaşlıq paktının yerinə yetirilməsi haqqında preambulanın imzalandığı məmnunluqla xatırlanıb.
Həməd bin İsa əl-Xəlifə paktın imzalanmasını yüksək qiymətləndirib və qeyd edib ki, bu addım hərbi sahədə əməkdaşlığı daha da möhkəmləndirməyə imkan verəcək.