Bakı. 21 sentyabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 21-də Almaniya Federativ Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb.
Nazirlikdən "Report"a verilən məlumata görə, Z.Həsənov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu qeyd edərək, ikitərəfli və NATO proqramları çərçivəsində, xüsusilə hərbi-təhsil sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivindən danışıb.
Səfir ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycanla münasibətlərin genişləndirilməsi, o cümlədən hərbi sahədə mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.