Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları praktiki döyüş atışlarını icra edib

Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları praktiki döyüş atışlarını icra edib Təlim Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri çərçivəsində baş tutub
Hərbi
26 Avqust , 2015 20:02
Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları praktiki döyüş atışlarını icra edib

Bakı. 26 avqust. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanla Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə Qoşunları praktiki döyüş atışlarını icra edib. 

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin ssenarisinə əsasən, hava məkanını pozan şərti düşmən aşkarlanaraq onun haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb və hava hədəfləri izlənməyə götürülüb. Təlimin əsas mərhələsində S-125 tipli zenit raket komplekslərinin döyüş və texniki heyətinin bacarığı və məharəti nəticəsində döyüş atışlı zərbələrlə hava məkanını pozan şərti düşmənin imitasiya hədəfləri dərhal məhv edilib.

Təlimdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi