​Azərbaycan əsgəri xəstəlikdən vəfat edib

​Azərbaycan əsgəri xəstəlikdən vəfat edib Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb
Hərbi
2 Mart , 2015 13:05
​Azərbaycan əsgəri xəstəlikdən vəfat edib

Bakı. 2 mart. REPORT.AZ/ Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən əsgər Pərvanayev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən martın 2-də vəfat edib. “Report” Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır.

Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Qeyd edək ki, 28.08.1990-cı ildə anadan olmuş V.Pərvanəliyev 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılıb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi