Azərbaycan dünya ölkələrinin hərbi güc reytinqində mövqeyini gücləndirib

Azərbaycan dünya ölkələrinin hərbi güc reytinqində mövqeyini gücləndirib Reytinqə ABŞ, Rusiya və Çin başçılıq edir
Hərbi
18 Aprel , 2018 10:13
Azərbaycan dünya ölkələrinin hərbi güc reytinqində mövqeyini gücləndirib

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan hərbi güc reytinqində 136 dövlət arasında 53-cü yeri tutur.

“Report” xəbər verir ki, bu barədə “Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının dərc edilmiş hesabatında bildirilir.

Başqa sözlə, Azərbaycan ötən illə müqayisədə (59-cu yer) mövqeyini möhkəmləndirib.

Reytinqə əsasən, Türkiyə ilk onluqda yer alaraq 9-cu, İran 13-cü, Gürcüstan 82-ci, Ermənistan 84-cü yerdədir.

Reytinqə ABŞ, Rusiya və Çin başçılıq edir.

Qeyd edək ki, Hərbi Gücün Qlobal İndeksi (Global Firepower Index) dünya dövlətlərinin hərbi gücünü hərbi büdcənin miqdarı, canlı qüvvənin, tankların, təyyarələrin, sualtı qayıqların, aviadaşıyıcıların sayından asılı olaraq interqrallaşdırılmış göstəricilərlə qiymətləndirən reytinqdir.

Reytinq dövlətin adi silahlanması, eləcə də iqtisadi gücü, sərhədinin ölçüsü, özünütəmin etmək qabiliyyəti (neft kimi təbii ehtiyatlar), su mənbələrinə çıxış və s. kimi digər amillər əsasında hazırlanıb. 

Son xəbərlər

Orphus sistemi