Ali Hərbi Məktəbin kursantlarının təlim atışları keçirilib

Ali Hərbi Məktəbin kursantlarının təlim atışları keçirilib Bakı. 30 noyabr. REPORT.AZ/ Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) kursantlarının tədris planına və proqramına uyğun olaraq “Qaraheybət” Təlim Mərkəzində şəxsi heyətin bütün ixtisaslar üzrə intensiv hazırlığı həyata keçirilir.
Hərbi
30 Noyabr , 2017 17:34
Ali Hərbi Məktəbin kursantlarının təlim atışları keçirilib
Mod.gov.az

Bakı. 30 noyabr. REPORT.AZ/ Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) kursantlarının tədris planına və proqramına uyğun olaraq “Qaraheybət” Təlim Mərkəzində şəxsi heyətin bütün ixtisaslar üzrə intensiv hazırlığı həyata keçirilir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, gecə və gündüz təlim sahələrində, avadanlıqla təchiz edilmiş yerlərdə, həmçinin atış poliqonlarında gələcəyin zabitlərinin hazırlığı aparılır.

Təlim atışlarının təşkili və icrası qoşunlarda xidmətin ilk günündən tələb olunan metodiki və praktiki vərdişlərin aşılanmasının nəzərə alınması ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi