Ağdamda və Füzulidə 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Ağdamda və Füzulidə 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb ANAMA tərəfindən ümumilikdə 1200 kv.m ərazi yoxlanılıb
Hərbi
29 Avqust , 2016 20:18
Ağdamda və Füzulidə 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Agdam və Füzuli rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, hesabata əsasən Ağdam rayonunun Hacıməmmədli kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış Qrad 9M22S raketinin partladıcısı (QDT-90) aşkar edilərək götürülüb, 7 000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonunun Şükürbəyli kəndində Cay kənarında 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb, 5 000 kv.m ərazi yoxlanılıb.

Ümumiyyətlə, ANAMA tərəfindən bu il aprelin 7-dən avqustun 29-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 643 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 476 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi