"ADEX 2024" sərgisində iştirak edəcək Türkiyə şirkətlərinin sayı açıqlanıb

"ADEX 2024" sərgisində iştirak edəcək Türkiyə şirkətlərinin sayı açıqlanıb Sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2024) 50 Türkiyə şirkəti iştirak edəcək.
Hərbi
23 Sentyabr , 2024 16:59
ADEX 2024 sərgisində iştirak edəcək Türkiyə şirkətlərinin sayı açıqlanıb

Sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ("ADEX 2024") 50 Türkiyə şirkəti iştirak edəcək.

“Report” bu barədə Türkiyə Müdafiə Sənayesi Nazirliyinə istinadən xəbər verir.

Qurumdan bildirilib ki, Türkiyə sərgidə ən çox şirkətlə təmsil olunacaq.

Tədbir zamanı iştirakçılar Türkiyənin müdafiə sənayesi müəssisələri tərəfindən hazırlanmış müxtəlif platforma və sistemlər, onların qabaqcıl texnoloji imkanları ilə tanış ola, eləcə də əməkdaşlıq perspektivlərini müzakirə edə biləcəklər.

Xatırladaq ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun müdafiə sənayesi sahəsində ən böyük tədbiri olan 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi (Securex Caspian) keçiriləcək.

Sərgilərdə 38 ölkəni təmsil edən 270-ə yaxın şirkətin iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi