​“Açıq qapı” günü Qusar şəhər "N" saylı hərbi hissəsində də keçirilib - FOTO

​“Açıq qapı” günü Qusar şəhər "N" saylı hərbi hissəsində də keçirilib - FOTO Valideynlər əsgərlər üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər
Hərbi
1762
25 Oktyabr , 2015 16:40
​“Açıq qapı” günü Qusar şəhər N saylı hərbi hissəsində də keçirilib - FOTO

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın bütün hərbi hissələrində keçirilən “Açıq qapı” günü çərçivəsində Müdafiə Nazirliyinin Qusar şəhər "N" saylı hərbi hissəsinin əsgərləri öz valideyn və yaxınları ilə görüşüblər.

"Report" xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən keçirilən tədbirdə əsas məqsəd əsgər valideynləri və mətbuat nümayəndələrini ordu quruculuğu, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumatlandırmaq olub.

Rayon ictimaiyyətinin nümayəndələri, əsgər valideynləri və yaxınları tədbir çərçivəsində Qusarın "N" saylı hərbi hissəsinin bütün ərazisi ilə tanış olublar. Valideynlər əsgərlər üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər. 

Son xəbərlər

Orphus sistemi