Zeynəb Xanlarovanın bacısı oğlunun təqsirləndirildiyi cinayət işi üzrə Ali Məhkəməyə müraciət olunub

Zeynəb Xanlarovanın bacısı oğlunun təqsirləndirildiyi cinayət işi üzrə Ali Məhkəməyə müraciət olunub Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun da təqsirləndirildiyi cinayət işi üzrə Ali Məhkəməyə müraciət olunub.
Hadisə
22 Noyabr , 2023 11:53
Zeynəb Xanlarovanın bacısı oğlunun təqsirləndirildiyi cinayət işi üzrə Ali Məhkəməyə müraciət olunub

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun da təqsirləndirildiyi cinayət işi üzrə Ali Məhkəməyə müraciət olunub.

“Report” xəbər verir ki, kassasiya şikayətinə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

Qeyd edək ki, aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-in başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Polisin nəzarəti altına verilmiş Daşqın Nəsirov 5 il 6 ay şərti cəza alıb. Bundan başqa, ev dustaqlığında olan Eldar Mirzəyevlə Zəfər Abdulovun hər biri 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum edilib.

Onlar hökmdən narazı qaldığı üçün apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsinin qərarından da narazı qaldıqları üçün Ali Məhkəməyə müraciət ediblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi