Zərdabda YPX əməkdaşlarının saxladığı maşında silah və narkotik vasitə aşkarlanıb

Zərdabda YPX əməkdaşlarının saxladığı maşında silah və narkotik vasitə aşkarlanıb Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir
Hadisə
149
2 Noyabr , 2017 16:21
Zərdabda YPX əməkdaşlarının saxladığı maşında silah və narkotik vasitə aşkarlanıb

Bərdə. 2 noyabr. REPORT.AZ/ Zərdab rayon Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşlarının saxladığı maşında silah və narkotik aşkarlanıb.

Bu barədə "Report"un Qarabağ bürosuna DİN mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis leytenantı Aslan Qiyaslı məlumat verib.

Məlumatda bildirilib ki, noyabrın 1-də Ağcabədi-Zərdab avtomobil yolunda nömrəsi standartlara cavab verməyən "VAZ-21013" markalı avtomobil Zərdab DYP əməkdaşları tərəfindən müvafiq qaydada saxlanılıb. Maşında olan Göyçay sakinləri Ayaz İsmayılov, Hasil Quliyev və Rəfael Hacıyev özlərini şübhəli apardığına görə Zərdab RPŞ-yə gətiriliblər. Yoxlanış zamanı maşının salonundan 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Həmçinin şübhəlilərin üzərinə baxış zamanı H.Quliyevin üzərindən 8 qram qurudulmuş marixuana aşkar edilib. O, evində marixuana əkdiyini və istifadə etdiyini bildirib. Onun etirafından sonra Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıb. 

Nəticədə onun yaşadığı Yeniarx kəndindəki evinin həyətindəki çəpərin alt tərəfindən 500 qramlıq şüşə balonda gizlətdiyi 115 qrama yaxın qurudulmuş marixuana aşkarlanaq ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi