Zərdabda yol qəzası baş verib, xəsarət alan var

Zərdabda yol qəzası baş verib, xəsarət alan var Zərdab rayonunda yol qəzası baş verib.
Hadisə
28 Avqust , 2020 18:58
Zərdabda yol qəzası baş verib, xəsarət alan var

Zərdab rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Otmanoba kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı yük maşını traktorun qoşqusuna çırpılıb. Nəticədə "Ford"un sərnişini, Ağcabədi rayon sakini, 45 yaşlı Abbasova Səyyarə Cəmil qızı müxtəlif dərəcəli bədən xəsarəti ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi