Zərdabda şəhər mərkəzində vəhşi heyvan sakinə hücum edib
Hadisə
- 02 iyun, 2016
- 20:27
Bakı. 3 iyun. REPORT.AZ/ Zərdabda şəhər mərkəzində vəhşi heyvan sakinə hücüm edib
"Report" xəbər verir ki, hadisə axşam saatlarında rayonun Nizami küçəsində baş verib. Belə ki, rayon sakini Vüsal Rəhimov axşam saatlarında özünə məxsus videostudiyada iş gördüyü zaman ofisə tülkü girib.
Vəhşi heyvan ətrafdakı insanların köməyi ilə ərazidən uzaqlaşdırılıb.
Qeyd edək ki, son günlər Zərdabın mərkəzi küçələrinə hücum edən tülkülər ev quşlarını tələf edib. Vüsal Rəhimov bir neçə gün əvvəl tülkülərin onun fərdi təsərrüfatına hücum edərək 20-dən artıq toyuq-cücəni tələf etdiyini bildirib.
Zərdab rayonu Kür çayının sahilindəki meşə massivinə yaxın olduğundan vəhşi heyvanlar son günlər kəndlərlə yanaşı, hətta şəhər mərkəzində də tez-tez görünürlər.
Son xəbərlər
01:44
Astanada türk dünyasının ortaq gələcəyinə dair müzakirə təşkil olunacaq
Region01:07
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
Region00:55
Tramp ABŞ-nin tezliklə İran üzərində qələbə qazanacağını bəyan edib
Digər ölkələr00:13
Almaniyada ilin əvvəlindən 165-dən çox təxribat halı qeydə alınıb
Digər ölkələr23:58
Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər
Digər ölkələr23:34
Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz olmayacaq
Energetika23:24
Vens ABŞ-nin İrana təzyiq üçün gizli təxribat əməliyyatları keçirməsini mümkün sayıb - ƏLAVƏ EDİLİB
Digər ölkələr23:06
Nigeriyada boru kəmərindən neft oğurlamaq istəyən 37 nəfər ölüb
Digər ölkələr22:49