Zərdab rayonunda dələduzluqla məşğul olan şəxs saxlanılıb - FOTO

Zərdab rayonunda dələduzluqla məşğul olan şəxs saxlanılıb - FOTO Müslüm Mustafayev Alıcanlı kəndinin bir neçə sakinini aldatmaqla onların pullarını dələduzluq yolu ilə ələ keçirib
Hadisə
3 İyun , 2016 02:10
Zərdab rayonunda dələduzluqla məşğul olan şəxs saxlanılıb - FOTO

Bakı. 3 iyun. REPORT.AZ/ Zərdab polisi tərəfindən dələduzluqla məşğul olan şəxs saxlanılıb. "Report"un xəbərinə görə, rayonun Alıcanlı kəndinin sakinləri aldadılmaları bərədə polis şöbəsinə müraciət ediblər.

Polis şöbəsində yaradılan əməliyyat axtarış qrupu tərəfindən isti izlərlə keçirilən əməliyyat zamanı sakinlərin inamından sui-istifadə edən 1960-cı ildə Tərtər rayonu, Qaradağlı kəndində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində kirayədə yaşayan, əvvəllər dələduzluq cinayətinə görə dəfələrlə məhkum edilmiş Müslüm Mustafayev saxlanılıb.

Aparılan istintaq zamanı məlum olub ki, Müslüm Mustafayev özünü Musa adlı şəxs kimi təqdim edərək, Zərdab rayonun Alıcanlı kəndinin bir neçə sakinini aldatmaqla onların pullarını dələduzluq yolu ilə ələ keçirib. Belə ki, Müslüm Mustafayev kənd sakini Arif Əsgərovun Bakı Texniki Universitetdə oxuyan oğlunun imtahan kəsirlərini düzəldəcəyini vəd verib aldadaraq onun 1000 manat məbləğində pulunu, Niyazi Abbasovu Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində işə düzəldəcəyini vəd edib 500 manat məbləğində pulunu, Aqil Nəcəfovu ona ünvanlı sosial yardım düzəldəcəyini vəd edərək 200 manat pul məbləğində pulunu və Mahir Əsgərova oğlunu Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində işə düzəldəcəyini vəd edərək 500 manat məbləğində pulunu almaqla dələduzluq edib.

Faktla bağlı Zərdab rayon polis şöbəsində M.Mustafayev barəsində AR CM-nin 178.2.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Müslüm Mustafayevin digər dələduzluq halları ilə zərərçəkmiş şəxslərdən və onu tanıyanlardan bu haqda Zərdab Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi